Sabah  güclü külək   əsəcək -  PROQNOZ
25 dekabr 2021 12:24 (UTC +04:00)

Sabah güclü külək əsəcək - PROQNOZ

Dekabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-15° şaxta, gündüz 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti olacaq.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 26-da Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

# 2988
avatar

Oxşar yazılar