Sabah çimərliklərdə hava necə olacaq? -  PROQNOZ
17 avqust 2022 15:00 (UTC +04:00)

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

Avqustun 18-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

# 1971
avatar

Oxşar yazılar