Sabah bu rayonlarda güclü qar yağacaq -  PROQNOZ
10 mart 2021 13:19 (UTC +04:00)

Sabah bu rayonlarda güclü qar yağacaq - PROQNOZ

Martın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 2-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.

Martın 11-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3971

Oxşar yazılar

Bu marketdə saxta araqlar  satılırmış

Bu marketdə saxta araqlar satılırmış

10 aprel 2025 , 12:32
 Leysan və qar yağacaq   - Sabahın HAVASI

Leysan və qar yağacaq - Sabahın HAVASI

10 aprel 2025 , 12:20
Bakıda 4 gün komada qalan  hamilə qadın doğdu

Bakıda 4 gün komada qalan hamilə qadın doğdu

10 aprel 2025 , 11:29
Baş Prokurorluğun nümayəndə heyəti Argentinaya getdi

Baş Prokurorluğun nümayəndə heyəti Argentinaya getdi

10 aprel 2025 , 11:00
Bakının bu qəsəbəsinin suyu kəsilir

Bakının bu qəsəbəsinin suyu kəsilir

10 aprel 2025 , 10:30
Arı saxlayanlara nə qədər pul verilir? – CAVAB

Arı saxlayanlara nə qədər pul verilir? – CAVAB

10 aprel 2025 , 10:14
Əksər rayonlara yağış yağır - FAKTİKİ HAVA

Əksər rayonlara yağış yağır - FAKTİKİ HAVA

10 aprel 2025 , 09:54
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

10 aprel 2025 , 08:27