Cem Yılmazdan eşq həyatı ilə bağlı təəccüblü  AÇIQLAMA:   "Həkim  qadağan   etdi"
06 noyabr 2026 18:09 (UTC +04:00)

Cem Yılmazdan eşq həyatı ilə bağlı təəccüblü AÇIQLAMA: "Həkim qadağan etdi"

0

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir neçə ay əvvəl infarkt keçirən aktyor qatıldığı tədbirdə jurnalistlərin suallarını cavablandırıb.

Cem Yılmaz səhhətinin hazırda yaxşı olduğunu bildirib. Daha sonra jurnalistlər ondan şəxsi həyatı barədə soruşublar.

"Həyatınızda kimsə varmı?" sualına aktyor özünəməxsus yumor hissi ilə cavab verib:

"Münasibətim yoxdur, həkimim qadağan edib".

Komediya aktyorunun bu sözləri sosial şəbəkələrdə marağa səbəb olub.

Qeyd edək ki, Cem Yılmaz bir neçə ay əvvəl evində infarkt keçirərək xəstəxanaya yerləşdirilib. O, müalicədən sonra bir müddət evində istirahət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar