Sabah bu rayonlara gedənlərin  NƏZƏRİNƏ:   Yollar buz bağlayacaq
26 yanvar 2022 14:44 (UTC +04:00)

Sabah bu rayonlara gedənlərin NƏZƏRİNƏ: Yollar buz bağlayacaq

Yanvarın 27-də Azərbaycanın  avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, sabah gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Füzuli-Cəbrayıl-Mahmudlu, Quba-Qusar, Quba-Xaçmaz, Qaraməryəm-İsmayıllı-Şəki, Lənkəran-Lerik, Masallı-Yardımlı, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Ağdam-Ağdərə, Ağdam-Füzuli-Horadiz, Həkəri-Zəngilan, Gəncə-Daşkəsən, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Samux, Ağsu-Kürdəmir-Bəhramtəpə, Göyçay-Bərgüşad, Yevlax-Zaqatala Naxçıvan-Şahbuz magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

# 1623
avatar

Oxşar yazılar