Bülbülə və Əmircan qəsəbələrinin su təchizatında məhdudiyyətlər olacaq.
Lent.az-ın xəbərinə görə, bu barədə Azərsu məlumat yayıb.
Bildirilib ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 07 avqust 2022-ci il tarixində gün ərzində Suraxanı rayonu Bülbülə və Əmircan qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.