Sabah Bakıya qar yağacaq -  HAVA PROQNOZU
15 mart 2022 12:45 (UTC +04:00)

Sabah Bakıya qar yağacaq - HAVA PROQNOZU

Martın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında  havanın arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, Abşeron yarımadasının əsasən şimal hissəsində qısa müddətə sulu qara keçməsi ehtimal edilir. Yağıntı axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gündüz 5°-dək isti, axşam 2°-yə yaxın, Bakıda gündüz 5°-dək isti, axşam 2°-yə yaxın olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

 Azərbaycanın rayonlarında

Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 3-8° şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz

Martın 16-da Abşeron yarımadasında mülayim xəzri küləyi fonunda nisbətən soyuq diskomfort və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15753

Oxşar yazılar

Süni intellekt bir foto ilə ölüm riskinizi  müəyyən edir

Süni intellekt bir foto ilə ölüm riskinizi müəyyən edir

22 may 2025 , 19:20
Ən tənbəl  BÜRCLƏR AÇIQLANDI

Ən tənbəl BÜRCLƏR AÇIQLANDI

22 may 2025 , 18:32
Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq

22 may 2025 , 17:40
Nazim Rəcəbov 4 ölkədən  olan həmkarı ilə görüşdü

Nazim Rəcəbov 4 ölkədən olan həmkarı ilə görüşdü

22 may 2025 , 17:13
Azərbaycanda bütün karyeranı əhatə tam xidmət modeli – “UNİDESTİN” Tədris Mərkəzi AÇILDI

Azərbaycanda bütün karyeranı əhatə tam xidmət modeli – “UNİDESTİN” Tədris Mərkəzi AÇILDI

22 may 2025 , 16:41
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

22 may 2025 , 16:38
Baş prokuror Vyanada işgüzar səfərdədir

Baş prokuror Vyanada işgüzar səfərdədir

22 may 2025 , 15:35
Ərşad Əzimzadə

Sağlamlığın səkkiz SƏSSİZ DAHİSİ

22 may 2025 , 15:25