İyulun 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.