Reyd zamanı bəylə gəlinə HƏDİYYƏLƏR VERİLDİ
21 iyul 2021 14:42 (UTC +04:00)

Reyd zamanı bəylə gəlinə HƏDİYYƏLƏR VERİLDİ

Şənlik mərasimlərinin müəyyən edilmiş tələblərə uyğun təşkili məqsədilə Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən monitorinqlər davam etdirilir.

İqtisadiyyat Nazirliyindən APA TV-yə verilən məlumata görə, araşdırmalar zamanı monitorinq aparılan obyektlərin əksəriyyətində karantin şərtlərinə əməl olunduğu, lakin bəzi şadlıq saraylarında müəyyən olunmuş tələb və qaydaların pozulduğu aşkar edilib.

Monitorinq qrupları şənlik mərasimləri keçirilən məkanların ərazisi, stollar ətrafı və arasında məsafə, işçi heyətin müvafiq vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsi, mərasimlərdə iştirak edənlərin COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədin mövcudluğu və s. məsələləri nəzarətdə saxlayıblar.

Məkan və toy sahibləri ilə aparılmış danışıqlarla müvafiq qaydalar bir daha onların diqqətinə çatdırılıb, yaranmış hallar yerindəcə aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub.

Monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3423
avatar

Oxşar yazılar