Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu alimentlərin miqdarı ilə bağlıdır.
Rəsmi iş yeri olan və olmayan şəxslər 1 uşaq üçün neçə manat aliment ödəyirlər?
Lent.az xəbər verir ki, rəsmi iş yeri olmayan şəxslər 1 uşaq üçün ayda 246 manat, rəsmi iş yeri olanlar isə maaşının 4-də biri qədər aliment ödəyirlər.
Bundan başqa, iki uşağa görə valideynin gəlirlərinin başqa üçdə bir hissəsi, üç və daha çox uşağa görə valideynin gəlirlərinin yarısı qədər aliment ödənilir.