Saç tökülməsinin çarəsi  - Yaşıl çayı necə istifadə etməli?
02 dekabr 2025 16:37 (UTC +04:00)

Saç tökülməsinin çarəsi - Yaşıl çayı necə istifadə etməli?

0

Yaşıl çay son zamanlar saçların möhkəmlənməsinə təbii dəstək vasitəsi kimi daha çox diqqət çəkir.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, tərkibindəki yüksək antioksidantlar və kofein sayəsində o, saç follikullarının sağlamlığına müsbət təsir göstərə bilər.

Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki polifenollar və epigallokatexin qalat adlı birləşmələr follikulları zədələrdən qoruyur, iltihabı azalda bilir. Kofein isə elmi araşdırmalara əsasən, saç follikullarını stimullaşdırır və möhkəmləndirir. Bununla belə, həkimlər xəbərdarlıq edir.

Yaşıl çay saç tökülməsinə qarşı əsas müalicə vasitəsi kimi deyil, əlavə dəstək kimi qəbul edilməlidir. Saçlarda nəzərəçarpacaq incəlmə və tökülmə varsa, dermatoloqa müraciət etmək məsləhətdir.

Mütəxəssislər yaşıl çayın istifadəsi üçün bir neçə üsul təklif edir. Soyudulmuş dəmləməni baş dərisinə çəkmək, gündə iki-üç fincan içmək və s. Optimal seçim insanın kofein həssaslığına və ümumi sağlamlıq vəziyyətinə görə dəyişir.

Ümumiyyətlə, yaşıl çay ölçülü qəbul edildikdə əksər insanlar üçün təhlükəsizdir. Lakin normadan artıq istifadəsi əsəbilik, yuxu pozğunluğu, ürəkbulanma və mədə narahatlığına səbəb ola bilər.

Yerli tətbiq zamanı isə bəzən baş dərisində quruluq və ya qıcıqlanma mümkündür. Bundan başqa, yaşıl çay bəzi dərmanlarla xüsusilə atorvastatin, nadolol və raloksifenlə qarşılıqlı təsir göstərə bilər.

Mütəxəssislər bildirir ki, nəticə bir çox faktordan asılıdır: genetika, hormonlar, ümumi sağlamlıq vəziyyəti və baş dərisinin düzgün qulluq səviyyəsi. Bu səbəbdən yaşıl çay bəzi insanlar üçün faydalı əlavə ola bilsə də, hamıda eyni nəticəni təmin etmir.

Xatırladaq ki, insanların əksəriyyəti sağlam yuxunun vacibliyini başa düşsə də, yeni araşdırmalar yetkinlərin 70 faizinin yenə də kifayət qədər yatmadığını göstərir. Bundan əlavə, mütəxəssislər yuxu çatışmazlığı ilə ciddi xəstəliklərin diabet, ürək-damar problemləri və sürətli çəki artımı iki dəfə artan riski arasında birbaşa əlaqə müəyyən edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar