ABŞ-ın Missuri ştatında yaşayan molekulyar bioloq Zi Teng Vanq əlinə yerləşdirdiyi kompüter çipindən istifadə edərək faylları nümayiş etmək istədiyi zaman gözlənilməz bir problemlə qarşılaşıb. O əlindəki çipin kodunu unudub.
Lent.az xəbər verir ki, bu barədə Vanq öz “Facebook” hesabında məlumat verib.
Paylaşılan rentgen görüntüsündə Vanqın baş barmağı və şəhadət barmağı arasındakı ətə yerləşdirilmiş mikroçip aydın şəkildə görünür.
"Hazırda öz kiberpank distopiyamı yaşayıram. Bədənimdəki texnologiyaya girişim bağlıdır və bu, tamamilə mənim günahımdır", - deyə Vanq bildirib.