Nəsimi rayonunda narkokuryerdən 13 kiloqram marixuana götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 38 yaşlı Elvin Əliyev saxlanılıb.
Ondan qanunsuz olaraq əldə etdiyi 13 kiloqram 700 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və hissələrə ayıraraq paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı başlanan cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir. E.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.