Hava limanında nə etməli?  5 təhlükəsizlik qaydasını  bilməlisiniz
02 dekabr 2025 19:07 (UTC +04:00)

Hava limanında nə etməli? 5 təhlükəsizlik qaydasını bilməlisiniz

0

Hava limanı ərazisində edilən kiçik bir səhv, məsuliyyətsiz davranış və ya zərərsiz görsənən bir zarafat belə, sərnişin üçün ciddi problemlər yarada bilər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, təhlükəsizlik xidməti burada son dərəcə sərt şəkildə fəaliyyət göstərdiyi üçün hər bir şübhəli hərəkət uçuş planlarına təsir edə bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, hava limanında ən ciddi qaydalardan biri bomba, silah və digər təhlükə ilə bağlı zarafatlardan uzaq durmaqdır. Sərnişinə zərərsiz görünən bir ifadəni təhlükəsizlik əməkdaşları real təhdid kimi qiymətləndirə bilər. ABŞ və Avropa ölkələrində bu cür zarafatlar əlavə yoxlama ilə nəticələnir, bəzi ölkələrdə isə sərnişinin saxlanılmasına səbəb olur.

Reysə qeydiyyata vaxtında yetişmək də mütləq şərtdir. Qeydiyyat adətən uçuşdan 40–60 dəqiqə əvvəl bağlanır və sərnişin terminalda olsa belə, gecikdiyi halda təyyarə onsuz havaya qalxa bilər.

Bundan başqa, baqajın nəzarətsiz buraxılması qəti qadağandır. Unudulan və ya sahibsiz görünən çantalar təhlükə siqnalı sayılır və bəzən polis və ya partlayıcı maddələr üzrə mütəxəssislərin müdaxiləsinə səbəb olur.

Hava limanında səsləndirilən elanlar da xüsusi əhəmiyyət daşıyır. Bu elanlarda qapının (gate) dəyişdirilməsi, uçuşun gecikməsi və ya digər vacib yeniliklər bildirilir. Buna görə də bu məlumatları qulaqardına vurmaq doğru deyil.

Bundan əlavə, hava limanı və aviaşirkət əməkdaşları ilə mübahisələr də xoşagəlməz nəticələr doğura bilər. Stüardessa və ya təhlükəsizlik işçiləri ilə yaşanan münaqişələr bəzən cərimə, uçuşdan imtina və hətta “qara siyahı”ya düşmə ilə nəticələnir.

Mütəxəssislər bildirirlər ki, bu qaydalara riayət etmək səyahəti daha təhlükəsiz edir, stressli vəziyyətlərin qarşısını alır və uçuşdan zövq almağa imkan yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 140

Oxşar yazılar