Yayda dəniz, qışda isə dəm qazı, qaz sızması insanların qorxulu yuxuna çevrilib. Qazdan istifadə edilən fəsillər gələndə, gündə heç olmasa, bir nəfərin dəm qazından zəhərlənməsi xəbərlərini alırıq.
Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Lent.az-ın sorğusuna bildirildi ki, 2025-ci ilin on bir ayı ərzində dəm qazından zəhərlənmə səbəbilə klinikanın Toksikologiya şöbəsinə 46 nəfər qəbul edilib.

“Zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib. Həkimlərin səylərinə baxmayaraq 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb”.
Bəs görəsən, qış fəslinə hazırlıq, qaz borularının istsmara yararlı olub-olmaması, eləcə də qaz sızmalarının qarşısının alınması üçün hansısa tərbirlər görülür?
“Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏƏMM) şöbəsinin rəisi Lent.az-a açıqlamasında bildirdi ki, qurum tərəfindən mütəmadi olaraq, qaz kəmərlərinə və qurğularına baxış keçirilir:

“Respublikada qüvvədə olan qanunvericilik tələblərinə və qaz təsərrüfatının texniki təhlükəsizlik qaydalarına əsasən, “Azəriqaz” İB-nin istifadəsində olan bütün yeraltı və yerüstü qaz kəmərlərinə dövrü baxış keçirilməsi təmin olunur. Yeraltı qaz kəmərlərinə qaz təsərrafatında kəmərlərin istismar müddətindən asılı olaraq dövrü baxışlar təyin olunur, həmçinin yerüstü qaz kəmərlərinə 3 ayda 1 dəfədən az olmayaraq, baxışların keçirilir. Dövrü baxışlar xüsusi cihazlar (qaz analizatorları) vassitəsi ilə həyata keçirilir. Qaz sızması aşkar olunduqda, onun dərhal aradan qaldırılması təmin olunur.
Qüvvədə olan digər qanunvericilik aktlarına əsasən, məznillərdə və obyektlərdə müayinələrin keçirilməsi zamanı qaz analizatorları vasitəsi ilə qaz kəmərlərinə baxış keçirilir. Mənzil daxilində sızma aşkar olunduqda, qaz təminatı dərhal dayandırılır və aradan qaldırılması üçün aidiyyatı üzrə tapşırıqlar verilir. Qaz sızmasının yaranmaması üçün dövrü baxışların keçirilməsi mütəmadi olaraq yerlərdə “Azəriqaz”ın mütəxəssisləri tərəfindən yoxlamalar aparılır. Nəticələr müzakirələr edilir və aidiyyatı üzrə tapşırıqlar verilir”.
İlkin Behbudov qeyd edib ki, dəm qazının yaranma səbəbi istehlakçıların qazdan istifadə qaydalarına düzgün əməl etməməsindən qaynaqlanır:
“Dəm qazının yaranma səbəbi əsasən mənzillərdə və digər obyektlərdə istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozulması və yaxud onlara ümumiyyətlə əməl olunmamasıdır. Dəm qazının yaranmaması üçün ilk növbədə qaz qurğularının yerləşdirildiyi məkana tüstü bacarları düzgün quraşdırılmalıdır. Qadağan olunan yerlərdə, qanunsuz qaz qurğularının istifadəsinə yol verilməməlidir. Qazdan istifadə qaydalarına əsasən, qurğular quraşdırılan otaqlarda metala, həmçinin dəm qazına həssas detektorlar quraşdırılmalıdır”.