Körpəsini küçəyə atan  qadının başı kəsilmiş  meyiti tapıldı
02 dekabr 2025 15:01 (UTC +04:00)

Körpəsini küçəyə atan qadının başı kəsilmiş meyiti tapıldı

0

Almaniyada iki həftə əvvəl şosse kənarında tapılan kəsilmiş əl biləklərindən sonra bir qadının başı kəsilmiş meyiti də aşkarlanıb. Məlum olub ki, ölən 32 yaşlı Eritreya qaçqınıdır. Bir qədər əvvəl onun üç aylıq körpəsi monastırda tərk edilmiş vəziyyətdə tapılmışdı.

Lent.az xarici mediaya istinadla bildirir ki, Almaniya polisinin məlumatına görə, hadisə Şimali Reyn-Vestfaliya federal ərazisində A45 sürətli avtomobil yolunun kənarında iki kəsilmiş əl biləyinin tapılması ilə başlayıb. Barmaq izlərinin ekspertizası onların 32 yaşlı Eritreya qaçqınına məxsus olduğunu müəyyən edib.

Polis dərhal qadının yaşadığı Bonn şəhərindəki qaçqın sığınacağına yollanıb. Lakin onun otağında zorakılıq izləri tapmayıb və qadın itkin düşmüş kimi qeydiyyata alınmayıb.

Bu vaxt Bonn şəhərindən təxminən 200 kilometr uzaqda, Hessen əyalətindəki monastırda üç aylıq körpə uşaq arabasında tərk edilmiş halda tapılıb. Uşaq bələkdə, yanında isə adı və doğum tarixi yazılmış kağız olub. Məhz bu məlumat qadınla körpə arasında əlaqəni müəyyən etməyə kömək edib.

Kəsilmiş əl biləklərinin tapılmasından iki həftə sonra Almaniyanın Monreal şəhəri yaxınlığındakı meşəlik ərazidə qadının başı kəsilmiş meyiti aşkarlanıb. Onun başı isə hələ də tapılmayıb.

Polis 41 yaşlı qadının birlikdə yaşadığı şəxsi saxlayıb. Alman KİV-lərinin məlumatına görə, həmin kişi Avropa xaricində, könüllü təslim olub və hələlik şübhəli deyil, şahid qismində dindirilib. Cinayətin istintaqı davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar