Bu gün Ramazan ayının on altıncı günüdür. Ramazan təqviminə əsasən, iftar vaxtı saat 19:36-dır.
Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının səkkizinci gününün iftar duasını təqdim edir:
İftar duası:
Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin.
Tərcüməsi:
İlahi, bu ayda məni əməlisaleh adamlarla rastlaşmağa müvəffəq et və məni şər adamlarla rastlaşmaqdan uzaq et, Öz rəhmətinlə mənə bu ayın xatirinə axirətdə qərar evində sığınacaq ver, Allahlığın xatirinə, ey aləmlərin Rəbbi!
Allah orucunuzu qəbul etsin!