Nuray Sadıqzadə
13 yanvar 2021 19:14 (UTC +04:00)

Nuray Sadıqzadə

Qızı xərçəng xəstəsi olan baş redaktordan Mehriban Əliyevaya MÜRACİƏT

Qızı xərçəng xəstəliyinə tutulan ata Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.

Lent.az xəbər verir ki, müraciətdə bildirilir:

“Hörmətli Mehriban xanım!

Siz hər zaman insanlara, yardıma ehtiyacı olanlara dayaq olursunuz. Bu da Sizin şəxsinizə, insani keyfiyyətlərinizə olan sevgini daha da artırır. Sizin xüsusilə uşaqlara qayğınız, sağlamlıq imkanları məhdud körpələrə diqqətiniz ölçüyəgəlməzdir.

Hörmətli Mehriban xanım!

Məni Sizə kömək üçün məktub ünvanlamağa da məhz bu yüksək insani keyfiyyətləriniz oldu.

Hörmətli Mehriban xanım!

Qızım Nuray Sadıqzadə xərçəng xəstəsidir. Altı aydır ki, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alır. İndiyə kimi 7 kurs kimyateropiya, 17 dəfə radio şüa qəbul edib. Hazırda isə təcili əməliyyat olunmalıdır.

Hörmətli Mehriban xanım!

Bir ata kimi sizdən xahiş edirəm, övladımın müalicəsi və əməliyyat olması üçün mənə kömək edəsiniz. Nuray bu gün ölümlə üz-üzədir. Övladımın əməliyyat olmasına görə, lazım olan İnternal Hemipelvektomiya üçün Tumor Rezeksion Endoprotezin Milli Onkologiya Mərkəzinə alınıb  verilməsini Sizdən artıq dərəcədə xahiş edirəm. Onu xəstə yatağında, hərəkətsiz görmək isə bir valideyn olaraq mənim üçün dəhşətlidir.

Sizdən qızımın müalicəsinin davam etdirilməsi üçün göstəriş vermənizi artıq dərəcədə xahiş edirəm. Sizin köməksiz, çətin vəziyyətdə olan insanlara hər zaman kömək əlinizi uzatdığınızı bilirəm. Əminəm ki, Nuray balamın da sağlamlığına qovuşması üçün köməyinizi əsirgəməyəcəksiniz, qızımı köməksiz qoymayacaqsınız! Övladımı həyata qaytarmaqla bir ataya da dünyanın ən böyük xoşbəxtliyini bəxş edəcəksiniz.

Hörmətlə:  

Peyman Sadıqov,

Xalqxeber.Az xəbər portalının Baş redaktoru

Əlaqə üçün: 070 -254-44-40, 055 - 476-87-87

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2985
avatar

Oxşar yazılar