Qış sviterlərin, örtüklərin və bitib-tükənməyən paltaryumanın mövsümüdür. Çöldə hava soyuq olanda, balkon isə çıxış yolu olmayanda, paltarları evdə qapıların arasında, radiatorların üstündə və mümkün olan hər yerdə quruduruq. Amma məhz bu dövrdə daha çox səhv edirik: paltar gec quruyur, üzərində küf və rütubət qoxusu yaranır, evdə isə artıq nəmlik və hətta kif əmələ gəlir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, paltarları soyuq mövsümdə qurudmaq əsl “sınaqdır”, xüsusilə də sizdə qurutma maşını və ya geniş camaşırxana yoxdursa. Hətta ən yaxşı elektrik qurutma qurğuları belə düzgün istifadə edilməsə, faydasız ola bilər. Yaxşı xəbər odur ki, əsas qaydaları bilsəniz, bu problemlərin çoxu asanlıqla həll olunur.
Qurutma asılqanını həddindən artıq doldurmaq
Hava quru paltarın əsas “köməkçisidir”. Əgər paltarlar bir-birinə çox sıx asılıbsa, nəmin buxarlanmağa yeri qalmır. Daha yaxşı nəticə üçün:
paltarlar arasında boşluq saxlayın
geyimləri üst-üstə yığmayın
radiator və mebel əvəzinə ayrıca qurutma asılqanı istifadə edin
Paltar “nəfəs almalıdır” elə biz də nəfəs aldığımız kimi.
Elektrik qurutma cihazını görməzdən gəlmək
Bir çox insan elektrik qurutmanın işıq pulunu artıracağından qorxur. Əslində isə bu cihazın istifadəsi düşündüyünüz qədər baha olmaya bilər və xeyli faydalıdır. O:
qurutma müddətini azaldır
kəskin rütubət qoxusunun qarşısını alır
evdə artıq nəmin yaranmasının qarşısını almağa kömək edir. Əsas məsələ onu da adi
asılqan kimi həddindən artıq yükləməməkdir.
Çox böyük partiyalarla yumaq
Bəzən elə gəlir ki, hamısını bir dəfəyə yumaq daha rahatdır. Amma paltaryuyan maşın çox yüklənəndə, paltarları daha zəif sıxır. Nəticədə:
paltar çox nəm qalır
daha gec quruyur
daha çox qırışır və nəticədə daha çox ütü tələb edir
Az miqdarda yuma daha tez qurutma və daha səliqəli görünüş deməkdir.
Paltarları qapılarda və məhəccərlərdə qurudmaq
Qapılar, pilləkən məhəccərləri və tutacaqlar rahat görünə bilər, amma ev üçün risklidir.
Yaş parça taxta səthdə:
deformasiyaya
çürüməyə
kif yaranmasına
səbəb ola bilər. Xüsusilə bunu tez-tez etdikdə, nəmlik yığılıb materialı zədələyir.
Paltarları radiatorun üstündə qurudmaq
Bu da çox məşhur, amma uğursuz üsuldur. Bunun səbəbləri:
nəmlik divarlarda toplanır
kif riski artır
paltar bərabər qurumur və pis qoxu verə bilər
istilik sistemi daha az effektiv işləyir
Bu həm evə, həm də büdcəyə zərər verir.
Hava quruducusundan (nəmlik çəkən cihazdan) istifadə etməmək
Hava quruducusu qış məişətində əsl “qəhrəmandır”. O:
havadan artıq nəmi çəkir
qurutmanı sürətləndirir
kif yaranma riskini azaldır
enerji baxımından qənaətcildir
Ən ideal variant qurutma asılqanı + hava quruducusu.
Yalnız isti havaya güvənmək
Paradoksal səslənsə də, temperaturdan daha vacibi havanın hərəkətidir. Hava quruducusu ilə adi ventilyatorun birləşməsi açıq havada qurutma şəraitini təqlid edir və qurutma müddətini 20 saatdan 2 saata endirə bilər. Sərin, quru və yaxşı dövran edən hava ən effektiv üsuldur.
Paltarları birbaşa günəş işığında qurudmaq
Bəli, günəş qurudmağa kömək edir, amma qışda pəncərədən düşən birbaşa günəş şüası parçaya zərər verə bilər. Mümkün nəticələr:
rəngin solması
həssas parçaların liflərinin zədələnməsi
Daha yaxşısı birbaşa günəş düşməyən, isti bir otaq seçməkdir. Qışda paltar qurutmaq kompromis deyil, ağıllı qərarlardır. Havaya, nəmlik səviyyəsinə və yer seçiminə bir az daha diqqət etsəniz, geyimləriniz quru, təravətli və yumşaq olacaq, eviniz isə rahat və sağlam qalacaq.