Qəza törədib gizlənən sürücülərə sərt  XƏBƏRDARLIQ!
21 sentyabr 2021 10:36 (UTC +04:00)

Qəza törədib gizlənən sürücülərə sərt XƏBƏRDARLIQ!

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi qəza zamanı hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq edib.

İdarədən Lent.az-a verilən məlumata görə, xəbərdarlıqda deyilir:

“Maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, bir çox hallarda sürücünün hadisə yerindən yayınması və ya ilkin olaraq tərəflərin öz aralarında gəldikləri razılığın birtərəfli qaydada pozulması daha sonra inzibati, mülki bəzi hallarda isə cinayət məsuliyyətinin yaranmasına səbəb olur. Belə haqlı narazılıq hallarının qarşısının alınması məqsədilə bildiririk ki, sürücülər hadisənin baş verdiyi ərazidə süni sıxlıq və tıxacların yaranmaması üçün hadisə nəticəsində xəsarət görmüş avtomobillərin, həmçinin digər maneələrin foto və video qeydlərini aparmalı və aidiyyatı üzrə polisə məlumat verməlidir.

Digər avtomobillərin hərəkətinə çətinlik yaratmamaq üçün nəqliyyat vasitələrini yolun təhlükəsiz hissəsinə-kənarına qəza durma qaydalarına əməl etməklə aparmalıdırlar. Əgər qəza zamanı şəxsin sağlamlığında xəsarət və ya ölüm halı baş veribsə, bu barədə mütləq qaydada polisə düzgün məlumat verilməli, xəsarət alan şəxsə isə ilkin tibbi yardım göstərilməsini və xəstəxanaya çatdırılmasını təmin etmək hər bir sürücüdən tələb olunur. Əks təqdirdə bu gələcəkdə hadisəni törədən şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Baş verən hadisənin gizlədilməsi isə ən yaxşı halda inzibati məsuliyyətə səbəb olur.

Bir daha sürücülərdən və digər hərəkət iştirakçılarından xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi əməl olunsun. Qanun və qaydalara düzgün münasibət hər birimizi bədbəxt hadisələrdən və qanun qarşısında məsuliyyətdən qoruyur”.

# 1599
avatar

Mehman Nəbiyev

Oxşar yazılar