Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 8-dək davam edəcək.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 8-i gündüz, 9-da əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var.
Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-19°, aran rayonlarında 19°-dək, dağlarda 3-8° isti olacaq.