Qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin  NƏZƏRİNƏ
09 iyul 2021 14:57 (UTC +04:00)

Qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ

Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli “Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanına əsasən, Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü təsdiq edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Lent.az-a verilən məlumata görə, iqtisadi rayonların yeni bölgüsü respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan coğrafiya dərsliklərindəki məlumatlarla uyğun olmadığı üçün, bu il də ali təhsil müəssisələrinə qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə edilməyəcək.

Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü növbəti illərdə dərsliklərə salındıqdan sonra qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə ediləcək.

Fərmana əsasən, Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü aşağıdakı kimidir: 

1.1. Bakı iqtisadi rayonu (Bakı şəhəri); 

1.2. Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları); 

1.3. Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları); 

1.4. Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları); 

1.5. Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları); 

1.6. Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları); 

1.7. Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları); 

1.8. Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları); 

1.9. Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları); 

1.10. Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları); 

1.11. Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları); 

1.12. Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları); 

1.13. Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları); 

1.14. Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1461

Oxşar yazılar

Bu rayon işıqsız   qalacaq

Bu rayon işıqsız qalacaq

23 iyul 2025 , 09:13
Bu BÜRCLƏR aldandıqlarını anlamaq  ərəfəsindədir: Onlar kimlərdir?

Bu BÜRCLƏR aldandıqlarını anlamaq ərəfəsindədir: Onlar kimlərdir?

23 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

23 iyul 2025 , 08:17
Zəngin olmaq üçün  doğulan BÜRCLƏR

Zəngin olmaq üçün doğulan BÜRCLƏR

23 iyul 2025 , 00:02
Ərdoğan Kamran Əliyevi qəbul etdi

Ərdoğan Kamran Əliyevi qəbul etdi

22 iyul 2025 , 19:52
 İşə getmək   istəməyənlər üçün klinika  açıldı

İşə getmək istəməyənlər üçün klinika açıldı

22 iyul 2025 , 19:20
Sabah hava bir az sərin  olacaq

Sabah hava bir az sərin olacaq

22 iyul 2025 , 19:08
Sabah  çimərliklərdə gözlənilən   hava şəraiti - PROQNOZ

Sabah çimərliklərdə gözlənilən hava şəraiti - PROQNOZ

22 iyul 2025 , 18:19