"III ixtisas qrupu üzrə ali məktəblərə qəbulda bəzi ixtisaslar üzrə imtahan fənlərinin dəyişdirilməsi müsabiqə vəziyyətinə təsir etməyəcək".
Lent.az-ın xəbərinə görə, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, III ixtisas qrupunda dəyişikliklə bağlı 1 300 plan yeri əlavə olunacaq:
“300 baldan yuxarı bal toplayıb qəbul ola bilməyən abituriyentlər üçün vəziyyət yaxşılaşacaq".
M.Abbaszadə əlavə edib ki, gələn il qəbul imtahanlarının iki mərhələdə keçirilməsi planlaşdırılır: