Qəbul imtahanında dəyişiklik ediləcək -  RƏSMİ
27 oktyabr 2021 13:03 (UTC +04:00)

Qəbul imtahanında dəyişiklik ediləcək - RƏSMİ

"Qəbul imtahanlarının məzmununda işğaldan azad edilən ərazilərin tarixi barədə yeniliklər olacaq".

Lent.az məlumat verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, azad olunan ərazilərin tək işğal tarixi yox, azad olunması tarixləri də imtahan məzmununda əks olunacaq:

“Bu sahədə abituriyentlərə kömək üçün yanvar ayına qədər elektron imtahan keçiriləcək. Noyabr ayında yeni blok imtahanları baş tutacaq. Yeni proqramlar müzakirə olunub, dərsliklər üzərində monitorinq aparılıb.

Yeni proqram dərc edildikdən sonra epidemioloji vəziyyət imkan verərsə, yanvar ayından sınaq imtahanları başlayacaq”.

# 4782
avatar

Oxşar yazılar