İki gündür yağan qar Qəbələ rayonunda dağlıq kəndlərə gediş-gəlişi çətinləşdirib.
Lent.az APA-ya istinadla xəbər verir ki, güclü qar və şaxta dağlıq kəndlərin yollarında problemlər yaradıb.
Qəbələnin ucqar dağ kəndi olan Lazada da yollarda hərəkət çətinləşib. Hazırda kəndə gedən yolda hərəkət məhdudlaşıb. Kənd sakinləri bildirib ki, onlar müvafiq qurumların vəziyyətlə bağlı tədbir görəcəklərini gözləyirlər.













