Qazilər nazirliyin qapısını qırdı - RƏSMİ AÇIQLAMA  - VİDEO
02 iyun 2022 13:57 (UTC +04:00)

Qazilər nazirliyin qapısını qırdı - RƏSMİ AÇIQLAMA - VİDEO

Bu gün bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. 

Lent.az xəbər verir ki, qazilər nazirliyin qapısını qırıblar.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a bildirilib ki, Vətən müharibəsi iştirakçılarının müraciətlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daim xüsusi qayğı və həssaslıqla yanaşılır:

"Bu gün Nazirliyə müraciət edən bir qrup müharibə iştirakçısı da nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən diqqətlə dinlənilib. 

Onların müraciətləri əlilliyin qiymətləndirilməsi məsələləri ilə bağlı olub. Hər bir müraciət qeydiyyata alınıb və araşdırılaraq nəticəsinə uyğun tədbirlər görüləcək.

Qəbul zamanı bildirilib ki, Vətən müharibəsində yaralanmış və müalicə müddəti bitmiş hərbi qulluqçuların  əlilliyinin qiymətləndirilməsi üçün aidiyyəti qurumlarla birgə işləri davam etdirilir. Həmin hərbçilərdən artıq 3 mininə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlər təyin edilib. 

Təqdim edilən göndəriş və şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas yaradan hər bir şəxsə müvafiq əlillik dərəcəsi təyin edilir. 

Onu da bildirək ki, müraciət edən müharibə iştirakçılarından bəziləri nazirliyin qəbul şöbəsində təhdid edici hərəkətlər edərək, buradakı kompyuter avadanlıqlarını, giriş qapısının, turniketi sındırıb, dövlət əmlakına ziyan vurublar. Bununla əlaqədar da tədbirlər görüləcək. Əlavə məlumat gün ərzində veriləcək".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8004
avatar

Fidan İlqar

Oxşar yazılar