Qayınanasını öldürən gəlinin anası DANIŞDI:  "Uşaqları verməyəcəm"
02 fevral 2022 18:51 (UTC +04:00)

Qayınanasını öldürən gəlinin anası DANIŞDI: "Uşaqları verməyəcəm"

Ötən gecə ARB-də yayımlanan “Səni axtarıram” verilişində qayınanasını qətlə yetirməsini efirdə etiraf edən gəlinlə bağlı xəbər vermişdik.

Lent.az-ın məlumatına görə, APA TV əməkdaşları gəlinin ailəsi ilə birlikdə yaşadığı ünvana yollanıb.

Ailənin rayon ərazisində Xan Şuşunski küçəsində yerləşən evlərinin qapısı bağlı oldu. Qonşularla kamera arxasındakı söhbətlər zamanı məlum oldu ki, Əfsanə Cəfərovanın efirdə adlarını çəkdiyi bütün qonşular rayon prokurorluğuna dəvət olunub. Elə bu səbəbdən də qonşulardan heç kim kamera qarşısında bir kəlmə belə danışmağa razı olmadı.

Əfsanənin anası Gülarə Süleymanova isə bildirdi ki, qızının övladlarını heç kimə vermək fikri yoxdur.

Qeyd edək ki, Baş Prokurorluq efirdə qayınanasını öldürdüyünü deyən Əfsanə Cəfərova ilə bağlı açıqlama yayıb.

İlkin araşdırma zamanı Əfsanə Cəfərova prokurorluqda verdiyi çoxsaylı izahatlarında baş vermiş hadisəyə hər hansı formada aidiyyətinin olmadığını, Faxrəndə İbrahimovanın ölümünün təbii səbəblərdən baş verdiyini göstərib, eləcə də kənar şəxslər tərəfindən cinayətin törədilməsinə əsas verən hər hansı dəlillər əldə olunmadığından 3 mart 2020-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib.

Əfsanə Cəfərovanın televiziya verilişində səsləndirdiyi məlumatlarla bağlı 2 fevral 2022-ci il tarixdə Faxrəndə İbrahimovanın ölüm faktı üzrə başlanmış cinayət işinin istintaqı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Bununla belə Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, hazırda Əfsanə Cəfərovanın cinayət hadisəsi ilə əlaqədar ziddiyyətli ifadələr verməsi nəzərə alınaraq iş üzrə bütün halların tam, hərtərəfli araşdırılması məqsədilə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumatların verilməsi təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3510
avatar

Oxşar yazılar