Qar yağacaq -  HAVA XƏBƏRDARLIĞI
14 oktyabr 2022 15:19 (UTC +04:00)

Qar yağacaq - HAVA XƏBƏRDARLIĞI

Oktyabrın 14-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış, Şahdağda qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, 

Düşən yağıntının miqdarı: Zaqatalada 21.0 mm, Qaxda 20.0 mm, Lənkəranda 18 mm, Astarada 14.0 mm, Lerikdə 13.0 mm, Balakəndə 12.0 mm, əksər rayonlarda 9.0 mm-dək , Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 15.0 mm (aylıq normanın 56 %-i), Maştağa, Binədə 6.0 mm, Pirallahıda 5.0 mm, Bakıda 4.0 mm olub.

İstirahət günlərində

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 15-17°, gündüz 20-22° isti olacaq.

Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 12-16°, gündüz 19-23 ° isti , dağlarda 1-6 ° isti, gündüz 6-9° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4839
avatar

Oxşar yazılar