Qar yağacaq, 13 dərəcə şaxta  olacaq - Sabahın HAVASI
29 noyabr 2024 12:23 (UTC +04:00)

Qar yağacaq, 13 dərəcə şaxta olacaq - Sabahın HAVASI

Noyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara bölgəsinin bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 2-5° şaxta, yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5472
avatar

Oxşar yazılar