Qanunsuz parklanmaya  YENİ NƏZARƏT   - RƏSMİ
08 sentyabr 2021 12:02 (UTC +04:00)

Qanunsuz parklanmaya YENİ NƏZARƏT - RƏSMİ

Daha bir ünvanda piyada səkisi tikinti şirkəti tərəfindən zəbt edilərək qanunsuz parklanma yeri təşkil edilib. 

Lent.az məlumat verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. O qeyd edib ki, Nizami rayonu Tofiq Abbasov küçəsində "Orbita" MTK  müvafiq razlıq olmadan piyada səkisinin bir hissəsində avtomobillər üçün parklanma yeri təşkil edib. Nəticədə piyadaların rahat hərəkəti üçün ciddi maneələr yaranıb, təhlükəsizlik səviyyəsi aşağı düşüb.

Məsələ nəzarətə götürülüb və müvafiq hüquqi tədbirlər görülür.

# 2910
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar