“Bakı və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar gəmilərin sözügedən əraziyə yaxınlaşmasında müəyyən çətinliklər yaranıb".
Lent.az məlumat verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.
O bildirib ki, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, SOCAR və AMEA-nın mütəxəssislərindən ibarət ekspedisiya qrupu Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün Əlif Hacıyev elmi-tədqiqat gəmisi ilə dənizə çıxacaq və təhlillər aparacaq.