Prokurorluqdan dəqiqləşdirilməmiş məlumatlar yayanlara XƏBƏRDARLIQ
24 noyabr 2021 19:31 (UTC +04:00)

Prokurorluqdan dəqiqləşdirilməmiş məlumatlar yayanlara XƏBƏRDARLIQ

Baş Prokurorluqda Ermənistanın Kəlbəcər və Laçın rayonları ilə sərhədboyu ərazilərdə 15 və 16 noyabr 2021-ci il tarixlərdə törətdiyi silahlı təxribat ilə əlaqədar bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən həqiqətə uyğun olmayan məlumatların paylaşılması ilə bağlı araşdırmalara başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, müəyyən edilib ki, 4 nəfər şəxs – Ziyatay Muradov, Aqil Ələkbərov, Mehman Süleymanov və Nadir Vəliyev qeyd edilən hadisələrlə bağlı sosial şəbəkələrdə ictimaiyyətdə təşvişə səbəb ola biləcək, dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad edilməyən, süni ajiotaj yaratmaq məqsədilə həqiqətə uyğun olmayan məlumatlar paylaşıblar.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Ziyatay Muradov barəsində toplanmış materiallar əsasında İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, Aqil Ələkbərov, Mehman Süleymanov və Nadir Vəliyevə isə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.

Baş Prokurorluq bildirib ki, bu istiqamətdə işlər davam etdirilməklə süni ajiotaj yaratmaq məqsədilə yalan və dəqiqləşdirilməmiş məlumatlar yayan kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcək.

# 1380
avatar

Oxşar yazılar

Yanvar Avropada tarixdə  ən isti   aylardan biri olub

Yanvar Avropada tarixdə ən isti aylardan biri olub

9 fevral 2023 , 01:13
Bakı İdman Sarayında yardım aksiyası davam edir - FOTO  - VİDEO

Bakı İdman Sarayında yardım aksiyası davam edir - FOTO - VİDEO

8 fevral 2023 , 22:28
FHN-in daha 229 nəfər şəxsi heyəti zəlzələ bölgəsində - FOTO  - VİDEO

FHN-in daha 229 nəfər şəxsi heyəti zəlzələ bölgəsində - FOTO - VİDEO

8 fevral 2023 , 21:49
Azərbaycan xəstəxanalarında Türkiyədəki zəlzələdə yaralananlar üçün 2000 çarpayı ayrıldı

Azərbaycan xəstəxanalarında Türkiyədəki zəlzələdə yaralananlar üçün 2000 çarpayı ayrıldı

8 fevral 2023 , 18:58
“Azərbaycan Çernobıl Əlilləri İttifaqı”nın sədri: “Türkiyənin yanındayıq”

“Azərbaycan Çernobıl Əlilləri İttifaqı”nın sədri: “Türkiyənin yanındayıq”

8 fevral 2023 , 18:45
Adanadan 46 nəfər avtobusla Azərbaycana yola düşdü

Adanadan 46 nəfər avtobusla Azərbaycana yola düşdü

8 fevral 2023 , 18:27
Bakıda Türkiyəyə dəstək aksiyası keçirildi - VİDEO

Bakıda Türkiyəyə dəstək aksiyası keçirildi - VİDEO

8 fevral 2023 , 17:55
XƏBƏRDARLIQ: Hava şaxtalı olacaq,  yollar buz bağlayacaq

XƏBƏRDARLIQ: Hava şaxtalı olacaq, yollar buz bağlayacaq

8 fevral 2023 , 16:37