Prokurorluq əməkdaşları “Tvinninq” layihəsi çərçivəsində təşkil olunmuş tədris turunda iştirak edib
17 fevral 2023 17:18 (UTC +04:00)

Prokurorluq əməkdaşları “Tvinninq” layihəsi çərçivəsində təşkil olunmuş tədris turunda iştirak edib

“Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsi çərçivəsində car ilin 13-15 fevral tarixlərində Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Respublikasında tədris turunda iştirak edib. 

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, səfər zamanı İtaliya Respublikasının aktivlərin aşkar olunası, izlənməsi, bərpası, idarə edilməsi və maliyyə istintaqına dair təcrübəsi yaxından öyrənilib.

Səfər çərçivəsində İtaliya Respublikasının Maliyyə Qvardiyasında, həmin qurumun Valyutanın saxtalaşdırılmasına qarşı Mübarizə üzrə xüsusi Xidmətində, “Beynəlxalq əməkdaşlıq  Xidməti” (SCİP) ilə keçirilmiş görüşlərdə mütəşəkkil cinayətkar qrupların cinayət aktivlərinin müəyyən edilməsi, üzərinə həbs qoyulması, bərpası və istifadəyə yönləndirilməsi, çirkli pulların yuyulması və maliyyə cinayətləri ilə mübarizədə istintaq metodologiyası və müsadirə alətləri və digər mövzularda çıxış, təqdimatlar edilmiş və müzakirələr aparılıb.

Bundan başqa, Maliyyə Qvardiyasının Mütəşəkkil Cinayətkarlığın İstintaqı Xidməti tərəfindən cinayət yolu ilə əldə olunmuş əmlakın aşkarlanması, izlənməsi və bərpası, aktivlərin idarə edilməsi mövzusunda çıxışlar edilib, qurumun “Molecula” məlumat bazasının təhlilinə dair məlumat verilib.

Keçirilən görüşlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq prokurorluqda davam etdirilən hüquqi islahatlar, həmçinin Müzəffər Ali Baş komandanın rəhbərliyi altında şücaətli ordumuzun 30 ilə yaxın müddət ərzində Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılan əraziləri azad etmələrinə dair məlumatlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1785
avatar

Oxşar yazılar