Prezident və birinci xanımdan FHN əməkdaşlarına  TƏŞƏKKÜR
29 aprel 2022 15:53 (UTC +04:00)

Prezident və birinci xanımdan FHN əməkdaşlarına TƏŞƏKKÜR

Aprelin 29-da Fövqəladə Hallar Nazirliyində nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi altında operativ iclas keçirilib. İclasda nazir müavinləri və müvafiq struktur bölmələrin rəhbərləri iştirak edib.

FHN-dən Lent.az-a verilən məlumata görə, iclasda, əvvəlcə, nazir Kəmaləddin Heydərov Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi zamanı göstərdikləri fədakarlığa görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına təşəkkürlərini çatdırıb.

İclasda “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının ehtimal olunan başvermə səbəbləri müzakirə olunub, aidiyyəti strukturların rəhbərlərinin məruzələri dinlənilib. Nazir yanğınla bağlı yaradılmış istintaq qrupu tərəfindən hadisənin səbəblərinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Həmçinin, bundan əvvəl keçirilmiş iclaslarda verilmiş tapşırıqların davamı olaraq, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərini tənzimləyən normativ-hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihələrin hazırlanması istiqamətində görülən işlərə toxunulub, tapşırıqlar verilib.

***

Birinci vitse-prezident Mehriban Əliyeva Sumqayıtda baş vermiş yanğınla bağlı paylaşım edib.

Lent.az-ın xəbərinə görə, paylaşımda deyilir:

“Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş dövlət qurumları əməkdaşlarının peşəkarlığı ilə fəxr edir və onlara dərin minnətdarlığımı bildirirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2904
avatar

Oxşar yazılar