Polis “Eloğlu"na yüksək məbləğdə CƏRİMƏ YAZDI
31 iyul 2021 09:50 (UTC +04:00)

Polis “Eloğlu"na yüksək məbləğdə CƏRİMƏ YAZDI

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları toy mərasimlərində karantin qaydalarına riayət edilməsi məqsədilə yoxlamaları davam etdirir.

APA-nın yerli bürosunun məlumatına görə, yoxlamalar zamanı “Eloğlu" şadlıq sarayında keçirilən toy məclisində karantin rejimi qaydalarına əməl olunmadığı və şənlik məclisi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektin sahibi inzibati məsuliyyətə cəlb olunub. O, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 4000 manat məbləğində cərimələnib.

Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə restoranlar və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2025
avatar

Oxşar yazılar