Peyvənddən sonra ağrı və qızdırma təhlükəlidir? - TƏBİB-dən CAVAB
01 iyul 2021 12:38 (UTC +04:00)

Peyvənddən sonra ağrı və qızdırma təhlükəlidir? - TƏBİB-dən CAVAB

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı "Twitter" hesabında koronavirus peyvəndi ilə bağlı vətəndaşları narahat edən suallara aydınlıq gətirib.

Lent.az məlumat verir ki, paylaşımda bildirilib ki, peyvənddən sonra mümkün ola biləcək baş, əzələ ağrıları, qızdırma və s. kimi əlamətlər əks təsir deyil, əksinə, gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir:

“Vaksin istehsal edən şirkət tərəfindən peyvəndin yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir”.

Paylaşımda həmçinin qeyd edilib ki, peyvəndin təsirinin ikinci dozanın vurulmasından təxminən 2 həftə sonra başlamasını nəzərə alaraq maska taxmağa, əl gigiyenasına və fiziki məsafəyə riayət etməyə mütləq əməl etməliyik:

“Çünki həmin müddətdə yuxarı tənəffüs yollarında virusu daşıya bilərik. Vaksin olunan şəxs üçün bu hal heç bir təhlükə yaratmasa da, ətrafımızda risk qrupuna aid insanlar üçün təhlükə mənbəyi ola bilərik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3426
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar