“Palçıq vulkanın baş verdiyi ərazidə heç bir qazma işləri aparılmayıb”.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və Geofizika şöbəsinin rəisi Fərhad İbadov məlumat verib.
O bildirib ki, həmin ərazidə SOCAR-ın heç bir infrastrukturu olmayıb:
"Baş verən hadisə təbiət hadisəsidir. Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə SOCAR-la bağlı yayılan məlumatlar şayiədir”.