Ov mövsümü BAŞLADI
07 oktyabr 2021 15:22 (UTC +04:00)

Ov mövsümü BAŞLADI

Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclasında ov mövsümünün açıq elan edilməsinə qərar verilib. 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Lent.az-a bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələrinin təmsil olunduğu iclasda ov mövsümünün başlanması, vəhşi heyvanların və quşların ovlanmasının müddətləri, normaları, limitləri müzakirə olunub və ov mövsümünün 8 oktyabr 2021-ci il tarixindən etibarən açılması qərara alınıb.

“Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları ilə bağlı elan Nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib”.

# 1260
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar