Ötən il Azərbaycanda  16 minə yaxın   AİLƏ DAĞILIB
20 fevral 2023 14:25 (UTC +04:00)

Ötən il Azərbaycanda 16 minə yaxın AİLƏ DAĞILIB

2022-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 61939 nikaha daxilolma və 15983 boşanma halı qeydə alınıb.

Lent.az-ın xəbərinə görə, bu, Dövlət Statistika Komitəsinin hesabatında əks olunub.

Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə nikahların sayı 5,6-dan 6,1-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.

Nikah səviyyəsi Qarabağ (7,1), Mil-Muğan və Şərqi Zəngəzur (6,9), Dağlıq Şirvan (6,8), Bakı şəhəri, Mərkəzi Aran və Şirvan-Salyan (6,4), Şəki-Zaqatala (6,3), Qazax-Tovuz və Quba-Xaçmaz (6,2) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2112
avatar

Oxşar yazılar