Ötən ilin 11 ayında  20 minə yaxın ailə   DAĞILIB
17 yanvar 2025 15:35 (UTC +04:00)

Ötən ilin 11 ayında 20 minə yaxın ailə DAĞILIB

0

Ötən ilin 11 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 46146 nikah və 19597 boşanma halları qeydə alınıb.

Lent.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2024-cü ilin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinin məcmuəsində öz əksini tapıb.

Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3110

Oxşar yazılar