"Optimal"dan telefon alan müştərinin pulu batdı - ŞİKAYƏT
20 sentyabr 2021 12:04 (UTC +04:00)

"Optimal"dan telefon alan müştərinin pulu batdı - ŞİKAYƏT

“Optimal Electronics” mağazalar şəbəkəsi müştərinin pulunu qaytarmır.

Lent.az xəbər verir ki, bu barədə vətəndaş Ziya Salayev sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, avqustun 29-u mağazadan telefon sifariş edib, lakin bir gün sonra mağazadan ona həmin telefondan qalmadığı deyilib: “Bizə dedilər ki, sifariş etdiyiniz telefondan mağazada qalmayıb. Pulunuzu geri qaytaracağıq. Amma 20 gündür ki, geri qaytarmırlar. “Optimal”ın qaynar xəttinə zəng elədim, cavab gəldi ki, artıq bununla bağlı banka müraciət etmişik və sonrakı məsuliyyət bankın üzərinə düşür. Banka getdim, ancaq “Optimal Electronics”in belə müraciət etmədiyi bildirildi”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2853
avatar

Mehman Nəbiyev

Oxşar yazılar