Ölüm gətirən PEYVƏND ŞAYİƏLƏRİ  - VİDEO
14 avqust 2021 14:32 (UTC +04:00)

Ölüm gətirən PEYVƏND ŞAYİƏLƏRİ - VİDEO

Son zamanlar sosial şəbəkələrdə və əhali arasında karonavirusa qarşı peyvəndlərin yararlılığını şübhə altına salacaq, dəqiqliyi məlum olmayan söyləntilər yayılıb.

APA TV xəbər verir ki, hətta bu yaxınlarda Almaniyada bir tibb bacısının vətəndaşlara peyvənd əvəzinə duzlu su ineksiya etməsi insanlarda çaşqınlığa, inamsızlığa səbəb olub. Bu da öz növbəsində digər insanlarda vaksinlərə qarşı qorxu yaradıb.

Azərbaycan vaksinasiya prosesinə ən tez qoşulan ölkələrdən biridir. Bəs bu vaksinlərin tərkibi, hazırlanması necə başa gəlir?

Suallarımızı Səhiyyə nazirliyinin ictimai səhiyyə və islahatlar mərkəzinin mütəxəssisi Könül İsmayılova cavablandırıb.

Mütəxəssis bildirib ki, peyvənd hazırlanarkən təhlükəsiz, digər tərəfdən isə effektiv olmalıdır. Onun sözlərinə görə, bugünkü gündə hazırlanan bütün vaksinlərin tərkibi Ümumdünya Səhiyyə Təşkilatının və Amerikanın FDA qida və dərmanlara nəzarət agentliyi tərəfindən təcili istifadə üçün öz təsdiqini alıb. Könül İsmayılova qeyd edib ki, hətta vaksin delta və digər mutasiyaya uğramış ştammlara da qoruyucu təsir göstərib. O vaksinlərin saxlanma şəraiti məsələsinə də toxunaraq əlavə edib ki, vaksin istehsalçıların təlimatlarına uyğun olaraq fərqlidir, belə ki CoronoVac +2-8°C temperatur şəraiti tələb olunduğu halda, “Pfizer” vaksininin saxlanılması üçün bu şərt -70°C-dir: “Vaksinin tərkibi məsələn CORONAVAC. SARSCOV2 məhz həmin virus hissəciyidir. Bütöv şəkildə və innaktivdir. O, meymunların böyrək hüceyrəsinin kulturasında çoxaldılır və daha sonra kimyəvi üsulla innaktivləşdirilir və orqanizmə vaksin yeridilir. Yəni tərkib hamısında Karonavirusdan bir hissədir”.

Nazirlik mütəxəssisi onu da qeyd edib ki, xroniki xəstəliyi olan, qrip və digər infeksion xəstəlikdən əziyyət çəkənlər sağalma dövrünü gözləməli, ondan sonra vaksin vurdurmalıdır: “Bəzi bir qrup xəstə var ki, məsələn şəkər-diabet özü sağalmayan, daima orqanizmi müşahidə edən bir xəstəlikdir. Bu özü risk qrupuna aid olan bir xəstəlik sayılır. O cəhətdən əksinə olaraq, tövsiyə olunur ki, şəkərli-diabet xəstəsi vaksinasiya olunsun.”

Könül İsmayılova pandemiyanın daha da uzun çəkməməyi üçün insanlara virusdan qorunmağın qızıl qaydalarını da açıqlayıb: “Vaksinasiya bizim normal həyata dönüşümüz üçün yeganə variantımızdır. Qızıl qaydalarımız hansı ki, məsafə saxlamaq, izdihamlı mühitlərdən çəkinmək, lazım gəldikdə əl gigiyenası, dezinfeksiya edici məhlullardan istifadə, qapalı məkanlarda maskalardan istifadə etmək. Nə qədər bu qaydalara əməl etsək virusa qalib gələcəyik”.

Mütəxəssis sonda onu da əlavə edib ki, vaksinasiyanın effektivliyi ilə bağlı İctimai səhiyyə və islahatlar mərkəzi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yardımı ilə ölkəmizdə təhqiqat aparılır. Nazirliyin əməkdaşı qeyd edib ki, bununla bağlı poliklinika və birləşmiş şəhər xəstəxanalarında tibb işçilərinin vaksinasiyasından sonra immun cavabı araşdırılacaq və nəticəsi yaxın gələcəkdə aparıcı elmi jurnallarda dərc olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4785
avatar

Oxşar yazılar