Nazirlikdən hava XƏBƏRDARLIĞI
15 dekabr 2020 15:54 (UTC +04:00)

Nazirlikdən hava XƏBƏRDARLIĞI

0

ETSN-nin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, dekabrın 16-sı gündüz Azərbaycanın qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. 

Qeyri-sabit hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2246

Oxşar yazılar