Nazirlik tanınmış MTK-nın işini prokurorluğa  göndərdi
05 yanvar 2026 13:12 (UTC +04:00)

Nazirlik tanınmış MTK-nın işini prokurorluğa göndərdi

1

Yasamal rayonu, Şərifzadə küçəsində ağacların kəsilməsi ilə bağlı mediadan daxil olan məlumat əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları araşdırma aparıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Lent.az-a bildirilib ki, araşdırma zamanı həmin ünvanda “Avant Group” MTK-nın tikinti işləri aparan zaman bir sərv ağacını kəsdiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1928

Oxşar yazılar