
Nazirdən təhsil haqqını ödəyə bilməyən tələbələrlə bağlı AÇIQLAMA
"100 tələbədən 56-sı dövlət hesabına təhsil alır".
Lent.az məlumat verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə bildirib. O qeyd edib ki, 60 faizdən çox I kurs tələbəsinin təhsil haqqı ödənir:
"Geridə isə 40 faiz tələbə qalır. Biz başa düşürük ki, yaranmış şəraitdə təhsil haqqını ödəməkdə bəzi tələbələr çətinlik çəkirlər. Birinci mənada bunun həlli yoluna ali təhsil müəssisələrində fərdi qaydada baxmaq daha doğrudur. Çünki tələbələrin bir hissəsinin müəyyən qədər ödəmək imkanı olur, bəzilərinin isə heç olmur. Bununla bağlı ümumi qərar verilməsi düzgün sayılmaz".
Təhsil naziri əlavə edib ki, qurum təhsil kreditləri ilə bağlı da müvafiq addımlar atmağa çalışır:
"Bu barədə də planlarımız olacaq".

Hicranə Əlişqızı
Oxşar yazılar

Mehriban Əliyeva xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
8 mart 2021 , 10:13
Peşəsi ilə sağollaşmağa hazırlaşan rəisin sirlərini öyrəndik: “Polis səngərsiz əsgərdir” - MÜSAHİBƏ
8 mart 2021 , 10:00
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2021 , 00:01
Küləkli havada avtomobillərinizi bu yerlərdə saxlamayın - XƏBƏRDARLIQ
7 mart 2021 , 16:57
Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi
7 mart 2021 , 16:30
İki şagird imtahandan qovuldu
7 mart 2021 , 16:18
Dövlət qulluqçusu olmaq istəyənlər üçün bu imtahanlar başa çatdı-NƏTİCƏLƏR
7 mart 2021 , 16:01
Azərbaycanda son sutkada koronavirusa yoluxma 400-ü ötdü
7 mart 2021 , 14:33