Elm və təhsil naziri Emin Əmrullayev müəlimlərin şikayətinə özünün birbaşa baxması məsələsinə münasibət bildirib.
Lent.az-ın xəbərinə görə, nazir qeyd edib ki, Azərbaycanda 120 min müəllim var:
"Onların 10 faizinin müraciətini nazir 10 dəqiqə oxusa, buna vaxt çatdırmaq olmaz. Xaricdə qeyri-qanuni yolla təhsil alan, əlində saxta diplomu olan şəxs elə düşünür ki, nazir onun müraciətinə özü baxsa, müstəsna hal kimi işini həll edə bilər. Bu, belə deyil".