Naxçıvanda toylar belə olacaq - RƏSMİ
28 iyun 2021 13:18 (UTC +04:00)

Naxçıvanda toylar belə olacaq - RƏSMİ

İnternet resurslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə həqiqətə uyğun olmayan məlumat yayılıb.

Muxtar Respublikanın Bakı şəhərindəki Daimi Nümayəndəliyindən Lent.az-a bildirilib ki, bu məlumat əsassızdır və gəvəzəlikdir:

Naxçıvanın Bakıdakı nümayəndəliyi Bəxtiyar Əsgərov

"Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun  keçiriləcək".

# 8508
avatar

Mehman Nəbiyev

Oxşar yazılar