Yeni yardılan Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyinatı olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, rəis vəzifəsinə müvəqqəti təyinat olub.
Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyevə tapşırılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.
Bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.
Naxçıvan DGK-nın sədri olmuş Səhət Həbibbəylinin taleyi barədə məlumat yoxdur.