Müəllimlərin bayramı ilə bağlı məktəblərdə pul yığılır? - RƏSMİ CAVABLAR
04 oktyabr 2021 14:21 (UTC +04:00)

Müəllimlərin bayramı ilə bağlı məktəblərdə pul yığılır? - RƏSMİ CAVABLAR

Oktyabrın 5-i bütün dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.

Lent.az xəbər verir ki, sözügedən günlə əlaqədar sosial şəbəkələrdə valideynlər tərəfindən iddia edilir ki, bəzi məktəblərdə pul yığılır.

Pulun miqdarı isə ümumi təhsil müəssisəsinə görə dəyişir. Bəzi məktəblərdə şagirdlərdən 20 manat tələb edilsə də, bəzi məktəblərdə hətta 100 manata qədər pulun istənilməsi bildirilir.

Mövzu ilə bağlı Lent.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, hər bir şagirdin öz müəlliminə səmimi ürək sözləri ən böyük hədiyyədir:

"İlk növbədə müəllimlərimizi “Beynəlxalq Müəllimlər Günü” münasibət ilə təbrik edirik.

 Bu mövzuda hər hansı qeyri-qanuni tələb olarsa, valideynlər anonim olmadan Təhsil Nazirliyinin qaynar xəttinə müraciət edə bilərlər".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) isə bununla bağlı bildirilib ki, qurum məktəblərdə qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə əməl olunmasına ciddi nəzarət edir:

"Ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı valideynləri narahat edən hər hansı hal olarsa, BŞTİ-nin Çağrı Mərkəzinə (146-0) və ya Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt” xidmətinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur".

# 5094
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar