Özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir. Bundan başqa, əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib. Bu işlər qeyri-dövlət sektorunda çalışan 710 min işçini əhatə edir.
Nazirlikdən Lent.az-a bildirilib ki, aparılan işlərin müsbət nəticəsi kimi, özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib, əksinə əmək müqavilələrinin sayında artım dinamikası davam edib.
Bu il aprelin 1-dən qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı 664 119 olubsa, aprelin 12-nə bu göstərici 710 967-ə çatıb.
Beləliklə, əmək müqavilələrinin sayında bu ilin aprelin 1-dən 46 848, yanvarın 1-dən isə 69 478 artım baş verib.